Hörmətli vətəndaşlar,
Bizim "GeoTəminat" sosial təşəbbüsümüz çərçivəsində artıq Qubanın Xınalıq kəndi, Yardımlının Avaş kəndi və Astaranın Şuvi kəndi kimi ucqar bölgələrdəki uşaqlara müxtəlif hədiyyələr təqdim etmişik. Layihəmiz, geoelm sahəsini gənc nəsilə tanıtmaq və onların bu sahəyə marağını artırmaq məqsədini daşıyır.
Bu təşəbbüs çərçivəsində, kəndlərdə yaşayan uşaqlara oyuncaqlar, abituriyentlərə isə xüsusi hazırlanan kurslar təqdim edilir. Bundan əlavə, könüllü ixtisasçı heyətimiz tərəfindən 1 aylıq "Geologiya" kursu təşkil olunub.
Kurs proqramı müasir tədris metodlarına əsaslanaraq hazırlanıb və video animasiyalarla zənginləşdirilib. Xarici ədəbiyyatlardan da istifadə edilərək hazırlanan dərslər, gənclərə geologiya sahəsini daha dərindən və maraqlı şəkildə öyrənmək imkanı təqdim edir.Bizim məqsədimiz, təhsil və bəzi sahələrə maraq yaratmaqla cəmiyyətin inkişafına töhfə verməkdir.
Layihə barədə daha ətraflı məlumat almaq və iştirak etmək üçün bizimlə əlaqə saxlayın.
Birlikdə, gələcəyin elmi sahələrinə maraq oyadaq və gənclərimizə daha parlaq bir gələcək bəxş edək!
Your experience on this site will be improved by allowing cookies.