Hörmətli gənclər,
Biz "Research and Development Student Union" olaraq, gənclərin təhsil və inkişafına dəstək olmaq məqsədilə ödənişsiz seminarlar və təlimlər,bir sıra fəaliyyətlər planlayırıq. Bu təşəbbüs, neft-qaz, dağ-mədən və geoelm sahələrində fəaliyyət göstərən aktiv və təşəbbüskar tələbə gənclər tərəfindən idarə olunur. Bizim məqsədimiz, gənclərə mütəxəssislərlə birbaşa əlaqə qurmaq və onların təcrübələrindən faydalanmaq imkanı yaratmaqdır.
Gənclər üçün təşkil etdiyimiz seminarlarda, neft-qaz, dağ-mədən və geoelm sahələrinin ən son yenilikləri və təcrübi biliklər müzakirə olunur. Bu fəaliyyətlər, iştirakçılara mütəxəssislərdən öyrənmək, sahə ilə bağlı daha dərindən məlumat əldə etmək və karyera inkişaflarını gücləndirmək üçün əvəzolunmaz fürsətlər təqdim edir.
Həmçinin, layihəmizdə yer alan hər bir gənc üçün "Könüllü İnkişaf" və "Lider Könüllü" proqramlarımız mövcuddur və hər bir proqram 6 ayı əhatə edir.Hər proqram gənclərin inkişafında xüsusi önəm kəsb edən məqamları özündə əhatə edir və nəzarətli şəkildə, individual inkişaf mühiti formalaşdırılır.
Bizim məqsədimiz, gənclərin təhsil və peşəkar inkişafına töhfə vermək, onlara öz sahələrində liderlik bacarığı qazandırmaqdır.
Layihəmiz haqqında daha ətraflı məlumat əldə etmək və iştirak etmək üçün bizim sosial şəbəkələri izləyin və elanlarımız haqqında daha operativ məlumat əldə edin.
Birlikdə, gənclərin gələcəyini qurmağa və onların təhsil sahəsində daha yüksək hədəflərə çatmasına dəstək olaq!