info@geotechit.com +44 078 9101 1714
February 10, 2025 - BY Admin

Təhsil sahəsində yeni təşəbbüs: "Təhsilə Dəstək" layihəsi

Hörmətli elm işçiləri,


Bizim komanda, yer elmləri, dağ-mədən və neft-qaz sahələrində fəaliyyət göstərən ali təhsil müəssisələri və institutlar üçün yeni bir sosial təşəbbüs təqdim edir.  "Təhsilə Dəstək" layihəsi çərçivəsində mütəxəssis heyətimiz, elm işçiləri üçün 1 aylıq ödənişsiz, ixtisaslaşmış müasir tətbiqi proqram kursları təşkil edəcək.


Layihənin məqsədi, iştirakçılara müasir texnologiyalar və sənaye tələblərinə uyğun biliklər təqdim edərək, onların peşəkar bacarıqlarını inkişaf etdirməkdir. Kurslar mütəxəssislər tərəfindən yüksək səviyyədə və praktik yönümlü şəkildə keçiriləcək. Bu kurslar vasitəsilə iştirakçılar, real iş mühitində istifadə olunan texnologiyaları öyrənəcək və təcrübə qazanacaqlar.


Kurslarda əldə olunan biliklər, iştirakçıların ixtisas sahələrində dərinləşmələrinə və müasir tətbiqi proqramlar üzrə bacarıqlarını artırmalarına imkan yaradacaq.


Layihədən yararlanmaq üçün bizimlə əlaqə saxlaya bilərsiniz.


Birlikdə təhsil sahəsində yeniliklərə imza atmaq və gələcəyin mütəxəssislərini yetişdirmək məqsədilə fəaliyyət göstəririk!

0 ITEMS
$ 0